- Pritça

Güzgü

(Dao pritçası)

Qədimlərdə bir şah böyük bir saray tikdirmişdi. Burada minlərlə güzgü vardı. Bütün divarlar, döşəmə, tavan güzgü idi. Bir dəfə saraya bir it girdi. Ətrafına baxanda o, çoxlu it gördü. Hər tərəf itlə dolu idi. O, minlərlərlə itdən özünü qorumaq üçün dişlərini ağartdı. Cavab olaraq bütün itlər ona dişlərini ağartılar. İt mırıldadı, o biri itlər də ona mırıldandı. İt artıq dərk edirdi ki, həyatı təhlükədədir, hürməyə başladı. O, bütün gücü ilə uladıqca cavabında o itlər də hürürdülər. Səhər bu bədbəxt iti sarayda ölü tapdılar. O, sarayda tək idi. Orada heç kim onunla savaşmırdı. Orada heç kəs yox idi. O, özünü güzgüdə görüb qorxmuşdu. Döyüşə hazırlaşanda güzgüdəki əksi də döyüşə hazırlaşmışdı. O, güzgüdəki milyonlarla əksi ilə döyüşdə öldü.

Əgər daxilinizdə heç bir maneə yoxdusa, kənarda da heç bir maneə ola bilməz, heç kəs yolunuzun üstünə çıxmaz. Qanun belədir. Dünya yalnız əksdir, o, bir böyük güzgüdür.