- Pritça

HƏR ŞEY GÖRÜNDÜYÜ KİMİ DEYİL

İki mələk bir varlı ailənin evinə gəlib gecə yatmağa yer istəyirlər. Ailə qonaqpərvər olmadığından mələklərə yatmağa soyuq zirzəmidə yer ayırırlar. Yatmağa hazırlaşanda mələklərdən boyüyü divarda uçulmuş yer görüb onu düzəldir. Bunu görən kiçik mələk onun niyə belə etdiyi soruşur. Böyük mələk cavabında hər şeyin heç də göründüyü kimi olmadığını deyir. O biri gün mələklər kasıb bir ailənin evində gecələməli olurlar. Ailə çox qonaqpərvər olur və mələklərə yatmağa öz yerlərini təklif edirlər. Səhər yuxudan oyananda mələklər ev sahibinin və onun arvadının ağladığını görürlər. Ailəni dolandıran yeganə inək gecə ölmüşdü. Bunu görən kiçik mələk böyükdən soruşur:
– Axı bu necə baş verə bilərdi. Birinci gecə qaldığımız evin sahibi varlı, lakin çox xəsis adam idi. Ancaq sən ona kömək etdin. İkinci ailə isə çox kasıb idi. Ancaq sən onların yeganə kömək və ümid yeri olan inəyin ölməsinin qarşısını almadın. Niyə?
– Hər şey göründüyü kimi deyil. Birinci evdə, zirzəmidə olanda bildim ki, divarda xəzinə var. Ona görə divarı düzəltdim ki, ev sahibi qızılları tapa bilməsin. İkinci gecə isə, biz kasıb ailənin qonağı olanda ölüm mələyi ev sahibinin arvadının dalınca gəlmişdi. Mən də ona inəyi verdim. Biz həmişə hər şeyi bilmirik. Bilməlisən ki, nə baş verirsə, sənin xeyrinədir. Bütün bunları zaman keçdikcə anlayacaqsan. Çünki dünən baş verənlər tarix, sabah isə sirdi. Bu gün baş verilənlər isə paydı!