İranın sabiq Prezidenti Həsən Ruhaniyə qarşı cinayət işi açılıb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Satayşi bugünkü mətbuat konfransında bildirib.
“Həsən Ruhaniyə qarşı din xadimləri üçün xüsusi prokurorluqda müvafiq yurisdiksiya saxlanılmaqla cinayət işi qaldırılıb”, – o qeyd edib.
Həsən Ruhani valyuta bazarındakı pozuntulara və birjaya müdaxilələrdə ittiham olunur.