- Mədəniyyət

Haaqada “Nizami Gəncəvi” kitabının təqdimatı keçirilib

Haaqa şəhərində fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə şəhərin “Transval” kitabxanasında Almaniyada yaşayan azərbaycanlı şair, yazıçı Orxan Arazın “Nizami Gəncəvi” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşqın təqdimat mərasimini açaraq tədbir iştirakçılarına kitab haqqında ətraflı məlumat verib.

Nəşrin müəllifi Orxan Araz Nizami Gəncəvinin zəngin yaradıcılığı, kitabın yazılma tarixi, böyük mütəfəkkirin yaradıcılığının aktuallığı, həmçinin holland və türk dillərində olan kitabın məhz Niderland Krallığında nəşrinin əhəmiyyətindən danışıb. Niderland Krallığında yaşayan azərbaycanlılar Nizami Gəncəvinin şerlərini səsləndiriblər. Daha sonra Nizami Gəncəvinin sözlərinə bəstələnmiş musiqi parçaları ifa edilib.