- Pritça

HAMI XOŞBƏXT OLAR…

 Müəllim sinifdə şagirdlərin hərəsinə bir şar (kürəcik) verib deyir ki, üstünə adlarını yazsınlar. Uşaqlar adlarını yazıb şarları qaytarır. Sonra müəllim şarları qarışdırıb tapşırır ki, 5 dəqiqəyə hər kəs öz şarını tapsın. Uşaqlar öz adı yazılan şarı tapana kimi vaxt bitir. Müəllim onlara deyir: “Hər kəs yaxınlıqda əlinə keçən ilk şarı götürüb adı yazılan şagirdə versin”. İki dəqiqədən sonra hər kəsin şarı əlində idi.
Xoşbəxtlik də belədir: onu əgər özün üçün axtarsan, tapa bilməzsən. Hər kəs tək özünün deyil, baqşasının da xoşbəxtliyini istəsə, hamı xoşbəxt olar…