Seyid Əzim ŞİRVANİ
Hanı o məh ilə mən işrət etdigim gecələr,
Tülui-sübhə kimi söhbət etdigim gecələr
Gedəndə yar, durub naz ilə kənarından
Alıb ələ ətəgin, minnət etdigim gecələr
Düşəndə xatirimə göglərə çıxar ahim,
O mahparə ilə xəlvət etdigim gecələr
Ayaq yalın, baş açıq, zəmzəmi-sirişk töküb,
Təvafi-kuyi üçün niyyət etdigim gecələr
Gəlib nihani dəri-yarə, üz qoyub xakə,
Qubarım öpməgə ol cürət etdigim gecələr
Düşərmi bir də ələ, ey xudayi-həyyu ehed,
O sərvqamət ilə ülfət etdigim gecələr
Deyəndə yar mənə dərd, mən deyərdim can,
Məzaqe təlx sözün şərbət etdigim gecələr
Mükərrər eyləyib ol acı sözlərin, Seyyid,
Özüm-özümə dönüb ləzzət etdigim gecələr