Gözəl Bakı, göz bəbəyim, paytaxtımsan
Öz şəhərim, öz zəfərim, öz baxtımsan..
İndi küçələrini dolaşanda gördüyüm mənzərə: hegemonluq edən, yad dildə yazılan, diqqət çəkən al-əlvan lövhələr və bir küncə sığınmış, kimsəsiz təsiri bağışlayan öz dilimizdə solğun, yarısəhv, yarıdüz başlıqlar…
Çox acınacaqlı mənzərədir. İndi sənə öz şəhərim dedikdə ağrılı bir hiss kecir qəlbimdən… Axı niyə bu qədər yad oldun, sanki gözümüz görə-görə hər an yadlaşırsan, hər döngəni, tinini əcnəbi yazılar bürüyüb Böyük şəxsiyyət, mütəfəkkir Əbdürrəhim bəy Haqverdiyevin adını daşıyan küçədə öz dilimizdə verilənlər, demək olar ki, alt yazılardır:
1.MILNAYA OPERA Quru təmizləmə, camaşırxana,dərzi
2.SENSER Gözəllik üçün dəyər
3.steylEMan Moda evi
4.MEMİ Avropa geyimləri
Əksəriyyəti ingiliscədir:
1.Kids world
2.Beautu Code
3. CHALKHOR
4.WORLD MED
5. inlingua
6. Hello Baby
7.Mark Hotel
8.City Market
9.Recreation Tourism
10.Voyage Travel Tour
11.VOGA just imagine
12.Master School
13.House
14.Lounge
15.L’amande CAFE
Öz dilimizdə yazılanlar boynubükük bənövşəni xatırladır..
1.Telefon və kompyuter aksesuarları
2. Dərzi.
3 Sərfəli kafe
4. Paltarların Boyanması..DƏRZİ.. Paltarların tikilməsi və təmiri
Öz dilimizdə ancaq bu sınıq-salxaq, orfoqrafik və leksik xətalarla “bəzənmiş” yazılara rast gəlmək olar Hansı dildə olduğunu bəlli edə bilmədiklərim də var:
1 Balli bisi
2 PROSTO KRASİVO PRO
Bütün bunlar şəhərin mərkəzi küçələrini “bəzəyir” Dilimizi məhvə sürükləyən bu mənzərə onsuz da dərin olan dərdimizi bir az da artırır Axı: DİLİM SAĞDIR, DEMƏK SAĞDIR MİLYON YAŞLI MƏMLƏKƏTİM. X.R.Ulutürk Qəbul olunmuş qərarlara əsasən, lövhələr öz dilimizdə yazılmalıdır, xarici dildən kömək məqsədilə istifadə olunmalıdır, amma dilimiz işğala məruz qalıb, qanunlara əməl olunmur.
Bu obyektlərin sahibləri bilməlidirlər ki, Azərbaycan respublikasında yaşayırlar və onun qanunlarına tabe olmalıdırlar, bir daha xatırladaq: Maddə 7.1 Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə,tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığinın tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Göründüyü kimi, qanunlara əməl olunmur, hörmətlə yanaşılmır. Qəlbi Vətən eşqi ilə döyünən hər kəs dilin saflığı uğrunda mübarizəyə qoşulmalıdır Bu hər birimizin vətəndaşlıq borcudur.
İradə QAYIBOVA