- Cəmiyyət

Hindistanda etiraz aksiyasının 300-dən çox iştirakçısı saxlanılıb

Hindistan polisi Məhəmməd Peyğəmbərin təhqir olunmasına qarşı həftəsonu keçirilmiş etiraz aksiyalarının 300-dən çox iştirakçısını saxlayıb.

“Report” xarici məbtuata istinadən xəbər verir ki, ən kütləvi etirazlar Uttar-Pradeş ştatında baş tutub.

Xatırladaq ki, etirazlara Hindistanın iqtidarda olan partiyası – “Bharatiya Canata Parti”nin keçmiş rəsmi nümayəndəsi Nipur Şarmanın Məhəmməd Peyğəmbərin ünvanına qalmaqallı fikirlər səsləndirməsi səbəb olub.