yaxud M.Ə. Sabir haqqında indiyədək araşdırılmamış ”gizlin” bir həqiqətin tarixcəsi
Məlum olduğu kimi milli ədəbiyyatımızın tarixində ən cox, ən rəngarəng təxəllüs və psevdonimlərdən ən cox istifadə edən şairimiz Mirzə Ələkbər Sabir Tahirzadə Şirvani olub. Onun ədəbi yaradıcılığına nəzər saldıqda məna calarına, məntiqinə, ifadə rəngarəngliyinə, mövzu ilə səsləşməsinə, oxucuda lazım olan hiss və duyğunu oyatdığına, bədxahları caşdlraraq onları yanlış istiqamətə yönləndirdiynə, həmcinin kəskinliyi və kəsərliliyinə görə o dörün yazıcı və ədiblərindən tamamailə, büsbütün fərqlənən bir imzalar qalereyasını görmüş oluruq.
Danılmaz bir həqiqətdir ki, M.Ə.Sabirin təxəllüs və psevdonimləri işərisində “ HOPHOP” imzası xüsusi yer tutur və şairin yaradıcılığında mühüm əhəmiyyət kəsb edir. Hətta, o qədər mühüm ki, müxtəlif illərdə və vaxtlada cap olunmuş dünyaca məşhur olan bu kitab bu gün də yeni nəşrlrərdə adını dəyişmir, əvvəlki kimi “Hophopnamə” adlanir. Sual olunur bu artefakt təsadüfdürmü, yoxsa hansısa zərurətdən doğub? Məsələ burasındadır ki, M.Ə.Sabirin cox sayda olan psevdinimləri icərisində kifayət qədər poetik, şairin yaradıcılığı ilə səsləşən, uğurlu hesab olunan adlar da az deyildir. Və bu adlardan birini Hophopnamə əvəzinə işlətmək olardı. Bəs elə isə nə ücün M.Ə.Sabirin dəfələrlə, hətta bügünümüzə kimi cap olunan kitabları bir mənalı olaraq “Hophopnamə” adı altında işıq üzü görüb və görməkdədir?
Yaxın tariximizə kicik bir ekskurs edək. Bildiyimiz kimi ötən əsrin əvvəlində – 1910-cu ilin, 10 iyununda M.Ə.Sabirin görkəmli ədəbiyyatşünas alim Salman Mümtazla Bakıda mehmanxana nömrəsində verdiyi məlum müsahibədə olduqca maraqlı faktlar var. İndiyədək “sirli” qalmış bəzi həqiqətlərin ortaya cıxmasında bu müshibənin müəyyən mənada xüssusi rolu var.
Həmin müsahibədə Salman Mümtaz Salman şairə həyatı, yaradıcılığı, təxəllüsləri, psevdonimləri barədə xeyli suallar verir. Həmin suallardan biri belədir:
– Sual: – Sizin ilk təxəllüsünüz olan “Hop-hop” sözünün mənası nədir və nə səbəbə bunu qəbul etmisiniz?
Cavab: – Bu təxəllüsü mənə əziz dostum Məşədi Həbib vermişdir. Hop-hop quş adıdır. Bu quşun bu addan başqa el arasında yenə bir neçə adı vardır ki, Fatmabacı, bu-bbu, op-op və şanapipik o cümlədəndir. Məşədi Həbib mənə “Fatmabacı” deyə xitab etmək üçün bu adı intixab etmişdir (seçmişdir). Mən də bunun əvəzində onun təxəllüsünü “Qızdırmalı” qoymuşam ki, mənasını hələ bu günə kimi anlaya bilməmişdir.”
Göründüyü kimi Sabirin hec bir təxəllüsü və psevdnimi başqa şəxslər tərəfindən verilməmiş, bu təxəllüsləri müxtəlif zamanlarda şair özü tapmış, özü məüyyənləşdirms, özü qəbul etmişdir. O cümlədən şairin dostu Məşədi Həbibin guya ona “HOPHOP” təxəllüsü verməsi tamamilə gizli və konspirativ bir məqsəd daşıyır. Məlum olduğu kimi M.Ə,Sabir hec vaxt mövhumatcı, xürafatcı,dindar, dingüşkünü olmasa da o, Ateist də deyildi. Onun son satiralarında Allaha bəslədiyi loyal münasibət aydın sezilir.Şairin həyatını tam bilməyən bəzi kommunist tədqiqtcılar bu faktı təhrif etmişlər.
Məsələ orasəndadır ki, Böyük satirik “Hophop” təxəllüsünü islam ailəsində böyümüş və islami dəyərlərə kifayət qədər cox yaxşı bələd olan, əqidəli bir müsəlman insanı, öz şəxsi qənaəti və inam və imanından irəli gələn həqiqətin ifadəsi və təsdiqi kimi vermişdir.
Hələ ötən əsrdə bu sətirlərin müəllifi M.Ə,Sabiri sağlığında görmüş, onunla təmasda olmuş, əldə olan məlumatlara istinad edən bu təxəllüsün əsl mənasını, əsl kodunu gənc jurnalistə bilrirmişdir.Yəni, əsl həqiqətdə “H O P H O P” sözünün mənsı —HİFZ… OLUM …PƏNAHINDA…HÖVL…ODDAN PƏRVƏRDİGAR –deməkdir.