- Cəmiyyət, Manşet

Hulusi Akar: “Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri düşmənləri qorxuya salır”

“Azərbaycana qarşı təhdidləri özümüzə qarşı təhdid hesab edirik”.

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə çıxışı zamanı deyib.

H.Akar qeyd edib ki, Türkiyə bütün qonşularının ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır:

“Bizim hər hansı şəkildə kimsənin ərazisini ilhaq etmək kimi niyyətimiz əsla müzakirə mövzusu ola bilməz. Ancaq digər tərəfdən də quruda, dənizdə və havada heç bir şəkildə nə özümüzün, nə də dost və qardaşlarımızın haqqının, hüququnun tapdanmasına icazə verərik. Region özünün həssas dövrünü yaşayır. Prosesləri yaxından izləyirik”.

Nazirin sözlərinə görə, Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri düşmənləri qorxuya salır.