Novruz bayramının İçərişəhərdə hər il xüsusi qeyd olunması gözəl ənənəyə çevrilsə də, son illər pandemiya səbəbindən bayram tədbirlərinin keçirilməsi mümkün olmayıb. Bu il “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təntənəli bayram tədbirlərini yenidən bərpa edir.
AZƏRTAC xəbər verir ki, bayramın ilk günündə Qoşa Qala meydanının mərkəzi hissəsində təşkil olunan musiqili və əyləncəli tədbirlər qonaqların zövqünü oxşayıb. Daha sonra Qoşa Qala meydanında bayram tonqalı qalanıb.
Bayram şənlikləri İçərişəhər ərazisində və Qala Qoruğunda martın 27-dək davam edəcək.