Şəhərimizin bayram əhvalına öz töhfəsini vermək, eləcə də Yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Sehrli Qala” günləri keçirilir.
AZƏRTAC xəbər verir ki, həftəsonu ziyarətçilərə bayram sevinci bəxş etmək üçün uşaq rəqs kollektivlərinin çıxışları, musiqili əyləncə saatları, müxtəlif interaktiv oyunların təşkili nəzərdə tutulub.
Tədbirin 2024-cü il yanvarın 7-dək keçirilməsi nəzərdə tutulub.