İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.
Bu barədə vəkil Cavad Cavadov bildirib.
O qeyd edib ki, S.Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Məhkəmənin qərarı ilə Sərdar Babayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.
Modern.az