- Mədəniyyət, Xəbərlər

“İlin ətraf mühit fotoqrafı” müsabiqəsi elan edilib

“WaterBear” və “Nikon” şirkətinin tərəfdaşlığı ilə Su ehtiyatları və Ətraf mühitin idarə olunması institutu (CIWEM) həvəskar və peşəkar fotoqraflar arasında “İlin ətraf mühit fotoqrafı” fotomüsabiqəsi elan edib.

AZƏRTAC xəbər verir ki, “CIWEM”, “WaterBear” və “Nikon” 2021-ci ilin Ətraf mühit Fotoqrafının axtarışına başlayıb. Artıq 14-cü ildir keçirilən bu müsabiqə dünyanın ən ilhamverici ətraf mühit fotoşəkillərini nümayiş etdirəcək.

Müsabiqə “İlin ətraf mühit fotoqrafı”, “İlin gənc ətraf mühit fotoqrafı”, “Gələcəyin ətraf mühiti”, “Dayanıqlı şəhərlər”, “İqlim fəaliyyəti”, “Su və təhlükəsizlik”, “Dayanıqlılıq mükafatı” və “Xalqın seçimi” kateqoriyaları üzrə keçiriləcək.

Hər bir iştirakçı 10-a qədər fotoşəkil təqdim edə bilər.

Daha ətraflı məlumat almaq və müraciət etmək üçün https://epoty.org/  ünvanına keçid edə bilərsiniz.