- Cəmiyyət

İlin ikinci Günəş tutulması başa çatıb

İlin ikinci Günəş tutulması başa çatıb.

“Report” xəbər verir ki, təbiət hadisəsi halqavari Günəş tutulması olub.

Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamayıb və Ayın ətrafında parlaq halqa yaranıb.

Təbiət hadisə oktyabrın 14-də Bakı vaxtı ilə saat 19:03:45-də başlayıb, bu gün saat 00:55:11-də sona çatıb. Tutulmanın maksimumu saat 21:59:27-də olub. Təbii hadisə 5 saat 51 dəqiqə 26 saniyə davam edib. Mərkəzi tutulma hadisəsi isə saat 20:10:09-da başlayıb və saat 23:48:56-da qurtarıb. Proses 3 saat 38 dəqiqə 47 saniyə davam edib.

Təbii hadisə Qərbi Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik okean və Arktikada müşahidə olunub. Tutulma Azərbaycanda müşahidə olunmayıb.