Avropanın Niderlandda yerləşən ilk F-35 döyüş təyyarələri iyun ayında NATO-nun nüvə missiyalarına hazır olacaq.
“Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.
Alyans rəsmisi bildirib ki, nazirlər görüşü ilə yanaşı, Nüvə Silahlarının Planlaşdırılması Qrupunun iclası da keçiriləcək: “Burada müttəfiqlər nüvə imkanlarının mövcud təhlükəsizlik mühitinə uyğunlaşdırılmasını müzakirə edəcəklər”.
Daha əvvəl Ukraynanın ildə 40 milyard dollarlıq silahla təmin ediləcəyi açıqlanıb. Bununla bağlı iyunun 13-də NATO-nun müdafiə nazirləri təminat planını təsdiq edəcəklər.