Hamıya məlum bir həqiqət var: Kainatda mövcud olan bütün konkret və mücərrəd varlıqlar cürbəcür xüsusiyyətlərinə görə bir-birindən fərqlənir, həmçinin insanlar da.
İnsanları cürbəcür aspektlərdən qruplaşdırmaq mümkündür. Amma düşünüb aşkar edirsən ki, nə qədər bölgü imkanı mövcud olsa da, əslində insanlar malik olduqları xüsusiyyətlərinə görə cəmi iki böyük qrupa ayrılırlar:
1. adi adamlar,
2. əcaib adamlar.
Mətləbin ən mühüm və yazmağa sövq edən məqamı isə budur ki, 2-ci qrupa aid olanlar, yəni əcaib adamlar ozləri də iki qrupa bölünürlər:
1) ən yaxşı mənada əcaib adamlar.
2) ən bərbad mənada əcaib adamlar.
Dünyanın lokal və qlobal mənada mənzərəsi də məhz 2-ci qrupa aid olanların, yəni əcaiblərin “çəkisinə” görə müəyyənləşir.