- Köşə

İmarət CƏLİLQIZI. “Şorqoğalı”, “südçörəyi”, “bamiyə”

Undan hazırlanan şirniyyat növlərinin tamı bir-birindən nə qədər fərqlənsə də, əsas tərkibi eyni olur: un, şəkər –
Hardasa, nədəsə ortaq məxrəcə gələ bilən insanlar da eləcə: bir-birindən “yağ”ına, “xama”sına, “limon şirəsi”nə, “çərəz”inə , “ədviyyat”ına… və bütün bunların nisbətinə görə nə qədər  fərqlənsələr də, əsas tərkibləri–xislətləri eyni olur.

SEÇİLƏNLƏR

Dərindən düşündükcə  bir daha aşkar edirsən ki, poetika kimi, natiqlik, musiqi, rəqs, rəssamliq, heykəltaraşlıq, memarlıq, ixtiraçılıq, dizaynerlik və s. kimi,

susa bilmək,

dinləyə bilmək,

səbirli olmaq,

sevə bilmək,

bağislaya bilmək,

mərhəmətli olmaq,

təmənnasız,

təvazökar,

fədakar,

məğrur,

nəcib,

həssas,

kövrək,

məlahətli,

suyuşirin olmaq da

istedaddır və Allah digər istedad növləri kimi, bunları  da ucdantutma hər kəsə  nəsib eləmir.