Dünən axşam sezonun növbət toy mərasimində iştirak etdik. Cavanlara xoşbəxtlik dilədik.
Məclisin sonunadək qalmasam da, gördüklərim fikrimi məşğul etməyə artıqlaması ilə bəs elədi. And olsun, axşamdan bəri hara baxıram, gözümə üstü cürbəcür yeməklərlə dolu süfrə görünür – Aman!.. Bu qədər də israfçılıq olarmı?!.. Bir ara istədim ki, barmaqlarımı xəlvətcə qatlayaraq gözlərimlə sayım, görək necə növ ərzaq var stolun üstündə, baxdım ki, mümkün deyil: on barmaqlıq kalkulyator bacarmaz bu işi.
Hər şey bir kənara, bəylə gəlin salona girdikdən sonra hələ öz yerlərində oturmamis keçirilən şampan mərasiminin nə anlama gəldiyini kim başa düşür? Mən bundan heç nə başa düşmürəm. Bir şüşə ickini üst-üstə qalanmiş qədəhlərə məlum fasonda tökürlər, sonra bəylə gəlin hərəsi bir qurtum içir və ya dodağını isladır, qalanını da aparıb atırlar… ?
Toyun tortkəsmə mərasimini görmədim, ona gorə də təsvir edə bilməyəcəyəm. Onun əvəzinə bu videonu yerləşdirdim. Səbri catıb baxan olsa, yəqin, mənim kimi onun da başindan bu məşhur fikir keçəcək:”Allah ağıl versin”.