- Köşə

İmarət CƏLİLQIZI. “Uniformalı” “adapter”

Bu dünyada hər kəsin hər hansı bir şəkildə arzu və təsəlli kəlmələrinə ehiyacı olur, çox zaman bunu özü fərq etməsə də. Bəzən hətta boynuna təsəlli vermək, ruhlandırmaq, acılardan yayındırmaq, təbəssümləndirmək, inandırmaq, ovutmaq “missiyası” qoyulmuş kəslərin də buna ehtiyacı olar, sadəcə, bunu etiraf etməzlər. Çünki onlara güvənən, onlara tapınan, onları güclü sayan, onları hər məqamda qadir bir himayədar kimi görən insanları ümidsizliyə qapadacaqlarından ehtiyat edərlər. Çünki anlayarlar ki, güclü olmaq və gücünü onlara ehtiyacı olanların sevinci, əmin-amanlığı, rahatlığı naminə sərf etmək sanki onların boyuna biçimiş və ömür boyu gəzdirməli olduqları bir “uniformadır”.