- Cəmiyyət

“İndiyədək Rusiya Ukraynada 60 mindən çox infrastruktur obyektini məhv edib”

“Müharibə başlayandan indiyədək Ukraynada 60 mindən çox infrastruktur obyekti Rusiyanın raket zərbələri nəticəsində məhv edilib”.

Ukrayna mətbuatı verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.

Nazir həmçinin bildirib ki, Rusiya hərbçilərinin cinayət əməlləri ilə bağlı 66 mindən çox cinayət işi başlanılıb: “Onların əksəriyyəti, təxminən 80 faizi müharibə qanunlarının pozulması ilə bağlıdır. Müstəntiqlərimiz həmin cinayətləri araşdırır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-dən başlayıb. (report)