Futbol üzrə İngiltərə Premyer Liqasında III tura start verilib.
“Report”un məlumatına görə, açılış oyununda “Mançester Siti” “Arsenal”la qarşılaşıb. “Etihad” stadionunda keçirilən görüşdə meydan sahibləri “topçular”ı darmadağın edib – 5:0.
“Şəhərlilər”in heyətində qolları 7-ci dəqiqədə İlkay Gündoğan, 12 və 84-cü dəqiqələrdə Ferran Torres, 43-cü dəqiqədə Qabriel Jesus və 53-cü dəqiqədə Rodri vurub. Qonaqlar 35-ci dəqiqədən sonra azlıqda oynayıb. London təmsilçisində Qranit Caka qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 6-ya çatdıran “Mançester Siti” liderliyə yüksəlib. Xalı olmayan “Arsenal” isə sonuncudur.