1961-ci il aprelin 12-də sovet kosmonavtı Yuri Qaqarin dünyada ilk dəfə olaraq kosmosa uçub.
1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Sergey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxl;nılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir. Uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verir. “Vostok” gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra yerə qayıdır.
O vaxtdan 12 aprel – Ümumdünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur.