- Cəmiyyət

İrəvana qaytarılan hərbçilərin görüntüləri yayılıb

Bakıdan qayıdan iki erməni hərbçini daşıyan Rusiya ordusuna məxsus təyyarə İrəvanın “Erebuni” hava limanına eniş edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qoşunlarının komandanı, general-leytenant Rüstəm Muradov onları Ermənistana qaytarmaq üçün Bakıya gəlmişdi.

İrəvana qaytarılan erməni hərbçilər Artur Nalbandyan və Aramais Torozyandır.

Ermənistan tərəfi onların iyulun 14-də Zəngəzur ərazisində saxlanıldığını bildirirdi.

Qeyd edək ki, Ağdərədə tutulan Azərbaycan ordusunun hərbçisi Cəmil Babayev Bakıda saxlanılan iki erməni hərbi qulluqçu ilə dəyişdirilib. Cəmil Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyiAğdərə ərazisinə keçmişdi.

Xatırladaq ki, sonuncu məhbus qrupu mina xəritələrinin qarşılığında iyulun 3-də Ermənistana təhvil vermişdi. Bundan sonra proses dayandırılmışdı.