Dünyanın ən sülhsevər, qonaqpərvər xalqlarından biri, bəlkə də birincisi olmağımıza baxmayaraq, düz 30 il idi ki, müharibə istəyirdik. Özü də içimizin bütün nifrəti, yaddaşımızın kin-küdurəti, şüuraltında atılıb qalmış təhqirin intiqamını almaq yanğısı ilə!
Ölmək, öldürmək, qisas almaq, qanı batanların, şərəfi, ləyaqəti təhqir olunanların ruhu qarşısında təmizlənmək, arınmaq istəyirdik. Bizi ermənilərin əlinə keçmiş yaraşıqlı, içi dolu evlərimiz, binalarımız, var-dövlətimiz ağrıtmırdı, bizi ölkəmizin, sərhəddimizin basqıya, təcavüzə, zora məruz qalması faktı incidirdi. Biz bütün dünyanın gözü qarşısında təhqir olunmuş, əzilmiş obrazımızla yaşamaq istəmiridk. Özü də ilk gündən… 1988-ci ildən ayaqda idik, çöllərdə, səngərlərdə, uçuq daxmalarda, vaqonlarda, çadırlarda içimizin o böyük və sönmək bilməyən odu, atəşi ilə MÜHARİBƏ istəyirdik.
Gözləyə-gözləyə ölənlərə, yurduna doğru əli uzalı can verənlərə göz yaşı axıdanda da müharibə istəyi bizi ölməyə qoymurdu. Silsilə anım tədbirləri, konfranslar, seminarlar keçirirdik, Qarabağla bağlı kitablar çap etdirirdik, şeirlər yazılırdı, mahnılar bəstələnirdi, çıxışlar, nitqlər… Amma biz ürəyimizdə yenə, yenə MÜHARIBƏ istəyirdik. Bilirdik ki, bu istəyin altında ölüm, qan, göz yaşları var. Bu ölüm başqa bir ölüm olacaqdı. Bax, biz həmin ÖLÜMƏ yerikliyirdik… Çünki şərəfimizi diriltmək, başımızı dik tutmaq, gələcək nəsilləri azərbaycanlı olduqları üçün utandırmamaq üçün məhz bu gün, bu ay, bu il ölməliydik. Həmin tarix isə 27 sentyabr 2020-ci il oldu.
Bütün ölkə çalxalanırdı. Dünyanın bütün azərbaycanlıları canı, malı, övladları ilə ayaq üstə idi. Bu təntənəli ayağa qalxma trivoqasında pafos, hissə qapılma təsiri yox idi. Şüurlu şəkildə xalq öz kimliyini sübut etmək, tarixindəki ləkəni silmək istəyirdi. 44 günlük savaş, mücadilə hər gün aldığımız şəhid xəbərləri ilə bərabər qələbə xəbərlərini də çatdırırdı. Qanla tarix yazırdıq. Qanla torpaq suvara-suvara bayraq sancırdıq.
Həmin 44 gün bizə təkcə qələbə sevinci yaşatmadı, həm də xalqımızı tanıtdı, ordumuzu tanıtdı, Ali Baş Komandanımıza olan inamımızı daha da artırdı. Biz bütövləşmiş bir dünya idik… Yüzlərlə fraqmentlər yazıldı yaddaşımıza. Gözlərimiz dolurdu, fərəhlənirdik… Özünü azərbaycanlı bilən hər kəs ancaq və ancaq ordumuzu, əsgərlərimizi düşünürdü. Ən gözəl nemətləri, ən yaxşı geyimləri onlara göndərmək istəyirdik və göndərirdik. Maştağada bir qadın danışırdı ki, əsgərlərimizə yorğan-döşək toplayırdıq, qadınlar-qızlar öz təzə cehiz yorğan-töşəklərini gətirib kəndin meydançasında qalaq-qalaq yığmışdı… Belə misalların sayı-hesabı yoxdur. Analar namazda ölkə başçısına, əsgərlərə gecə-gündüz dua edirdi, məktəblilər əsgər paltarı geyinib əlində bayraq ordumuzu təqlid edən yerişlə marş oxuya-oxuya küçələri dolaşırdı. Biz böyük olduğumuzu dərk etdikcə güclənirdik.
Dünya bizi tanıdı, daha düzgün, daha dəqiq tanıdı. Dünya bizimlə hesablaşmağa başladı və adımız, imzamız dünya mətbuatının səhifəsində göründü…
Bəli, biz MÜHARİBƏ istəyirdik, qalib gələcəyimizə tam əmin olmaya-olmaya istəyirdik bu müharibəni. MÜHARİBƏ erməni kimi rəzil bir xalqın xislətini aça-aça bizim qüdrət kitabımızın səhifəsini də vərəqləyirdi.
VƏ BİZ QALİB GƏLDİK! MÜHARİBƏ bizi yenidən var etdi…
27 sentyabr 2021