- Dil

İradə QAYIBOVA. “Gözəl Bakı, göz bəbəyim, paytaxtımsan…”

Gözəl Bakı, göz bəbəyim, paytaxtımsan,
Öz şəhərim, öz zəfərim, öz baxtımsan..

İndi küçələrini dolaşanda gördüyüm mənzərə: hegemonluq edən, yad dildə yazılan, diqqət çəkən al-əlvan lövhələr və bir küncə sığınmış, kimsəsiz təsiri bağışlayan öz dilimizdə solğun, yarısəhv, yarıdüz başlıqlar… Çox acınacaqlı mənzərədir

İndi sənə öz şəhərim dedikdə ağrılı bir hiss kecir qəlbimdən. Axı niyə bu qədər yad oldun, sanki gözümüz görə-görə hər an yadlaşırsan, hər döngəni, tinini əcnəbi yazılar bürüyüb

Böyük şəxsiyyət, mütəfəkkir Əbdürrəhim bəy Haqverdiyevin adını daşıyan küçədə Filoloji Araşdırmalar Dil Monitorinqi Mərkəzinin apardığı çəkilişlər zamanı görünən mənzərə təəsüf doğurur. Həmin kucədə öz dilimizdə verilənlər, demək olar ki, alt yazılardır:

1.MILNAYA OPERA

Quru təmizləmə, camaşırxana,dərzi

2.SENSER

Gözəllik üçün dəyər

3.steylEMan

Moda evi

4.MEMİ

Avropa geyimləri

Hələ bu harasıdır, davam etdikcə gördüklərim qəlbi sızıldadır…

1.Kids world

  1. Beautu Code
  2. CHAL

KHOR

  1. WORLD MED
  2. inlingua
  3. Hello Baby

7.Mark Hotel

  1. City Market
  2. Recreation Tourism
  3. Voyage Travel Tour

11.VOGA just imagine

  1. Master School
  2. House
  3. Lounge
  4. L’amande CAFE

Doğma dilimizdə yazılanlar boynubükük bənövşəni xatırladır..

1.Telefon və kompyuter aksesuarları

  1. Dərzi..

3 Sərfəli kafe

  1. Paltarların Boyanması..DƏRZİ.. Paltarların tikilməsi və təmiri

Ana dilimizdə ancaq bu sınıq- salxaq, orfoqrafik və leksik xətalarla «bəzənmiş» yazılara rast gəlmək olar. Hansı dildə olduğunu bəlli edə bilmədiklərim də var

1 Balli bisi

2 PROSTO KRASİVO PRO

Bütün bunlar şəhərin mərkəzi küçələrini «bəzəyir» Dilimizi məhvə sürükləyən bu mənzərə onsuz da dərin olan dərdimizi bir az da artırır Axı :

DİLİM SAĞDIR, DEMƏK, SAĞDIR

MİLYON YAŞLI MƏMLƏKƏTİM.X.R.Ulutürk

Bəs bizim sağ saxladığımız bir məmləkət, bir dil varmı?

Əbdürrəhim bəy Haqverdiyev:

Qasım kişi, dur, qapını cəftələ
Qorxuram, adım yazila dəftərə..

Görkəmli ədib bu sətirləri sanki bu baş verənləri görürmüş kimi dilimizin qapısını yadların, istilaçıların üzünə bağlamaq istəyərək yazmışdı.

Qəbul olunmuş qərarlara əsasən lövhələr dövlət dilində yazılmalıdır, xarici dildən kömək məqsədilə istifadə olunmalıdır, amma dilimiz işğala məruz qalıb, qanunlara əməl olunmur. Bu obyektlərin sahibləri bilməlidirlər ki, Azərbaycan respublikasında yaşayırlar və onun qanunlarına tabe olmalıdırlar, bir daha xatırladaq:

Dövlət dili haqqında qanunda deyilir:

» Maddə 7.1 Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə,tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığinın tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir».

Göründüyü kimi, qanunlara əməl olunmur, hörmətlə yanaşılmır. Qəlbi Vətən eşqi ilə döyünən hər kəs dilin saflığı uğrunda mübarizəyə qoşulmalıdır. Bu hər birimizin vətəndaşlıq borcudur.