İran Gorus-Qafan yoluna alternativin inşası üçün Ermənistan yardım edəcək.
Bu barədə İranın yollar, şəhərsalma və nəqliyyat infrastrukturunun inkişafı nazirinin müavini Xeyrulla Xademi açıqlama verib.
“Ermənistanla yük və sərnişin daşınmasını bərpa etmək üçün danışıqlar aparırıq. İran-Ermənistan yolu İslam Respublikası üçün strateji əhəmiyyət daşıyır. Biz yola baş çəkdik və Ermənistana tikinti üçün dəstək verməyə hazırıq. Öz mühəndis və texniki imkanlarımızı bölüşməyə hazırıq”-, deyə Xademi söyləyib.
Xatırladaq ki, Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycan ərazisindən keçir. (modern.az)