- Cəmiyyət

İran Prezidenti bu həftə Azərbaycana gəlir

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri bu həftə planlaşdırılır.

APA xəbər verir ki, bu barədə İran XİN sözçüsü İsmayıl Bəqai bildirib.

“Səfər çərçivəsində İran-Azərbaycan əlaqələrinin genişləndirilməsi fonunda görüşlər nəzərdə tutulub”, – o qeyd edib.