İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olacaq.
Modern.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
Bildirilib ki, İranın ŞƏT-ə qoşulma prosedurunun başlanılması Tacikistanda keçiriləcək sammitdə elan olunacaq.
Qeyd edək ki, ŞƏT-in növbəti sammiti 16-17 sentyabrda Düşənbədə keçiriləcək. Hazırda təşkilatın üzvləri Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır.