- Cəmiyyət

İranda polis bölməsinə hücum olub, ölənlər var

İranın Sistan və Bəlucistan əyalətinin Təftan şəhərində polis bölməsinə hücum nəticəsində 2 əməkdaş ölüb.

“Report” xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, öldürülənlər rəis kapitan Məhəmməd Mirşkar və çavuş Rza Fasnaqaridir.

Qeyd olunub ki, hadisəni törədən şəxslərin axtarışı aparılır.