İrandan qərəzli ritorika səslənməkdə davam edir.
“İRNA” agentliyinin məlumatına görə, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Xəzər dənizində Türkiyə-Azərbaycan birgə təlimlərinin keçirilməsini pisləyib.
“Xəzər dənizinin hüquqi statusu barədə konvensiya bu məsələyə aydınlıq gətirdi. 5 sahilyanı ölkə kənar ölkələrin dənizdə hərbi mövcudluğunu arzuolunmaz qəbul edib. Məsələ Xarici İşlər Nazirliyində müzakirə olunur”,- deyə Nazirlik rəsmisi söyləyib.
Modern.az