- Cəmiyyət

İraqda 14 terrorçunu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 14 silahlısını zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqın 3 rayonunda aprelin 18-dən bugünədək davam edən “Pençe-Kilit” əməliyyatı zonasında silahlılar məhv edilib.

Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini bildirib.