- Cəmiyyət

İraqın şimalında 2 türk əsgəri şəhid olub, 2-si yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçiridiyi əməliyyat nəticəsində yaralanan 3 hərbçidən biri şəhid olub.

APA xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əsgər İsmayıl Esmer həkimlərin səylərinə baxmayaraq, xəstəxanada şəhid olub.

Terrorçulara qarşı keçirilən əməliyyat nəticəsində 2 hərbçi yaralanıb.