Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirdiyi hava əməliyyatında 15 hədəfi məhv edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirmək və sərhədlərimizin təhlükəsizliyini təmin etməklə Şimali İraqdan gələn terror hücumlarının qarşısını almaq üçün hərbi əməliyyat keçirilib.Terrorçuların hədəflərinə qarşı hava zərbələri endirilib”, – Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.