- Mədəniyyət

“İRS” jurnalının ərəb dilində növbəti nömrəsi nəşr olunub

“İRS” jurnalının ərəb dilində növbəti nömrəsi nəşr olunub.

AZƏRTAC xəbər verir ki, jurnalın yeni nömrəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan məqalə ilə açılır. Misirdə yerləşən Siyasi Dialoq və Media Araşdırmalar Mərkəzinin direktoru Əhməd Tahirin müəllif olduğu məqalədə Ulu Öndərin həyat və ictimai fəaliyyətindən geniş bəhs edilir. Onun Azərbaycan ilə ərəb və İslam dünyası arasında müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdə möhkəm əlaqələrin əsasını qoyduğunu, çoxsaylı səfər və görüşlər keçirdiyini ardıcıllıqla və maraqlı faktlarla qeyd edir.

Jurnalın bu sayında Əlcəzair Xəbər Agentliyinin icraçı redaktoru, yazar Əbdülqadir Xəlil əl-Cəzairinin Şuşaya səfəri zamanı aldığı təəssüratlardan bəhs edən geniş məqaləsi ərəbdilli oxucuların böyük rəğbətinə səbəb olacaq.

Tunisli jurnalist Sanaa Klişin məqaləsi Azərbaycanın paytaxtı Bakıya həsr olunub. Məqalə cəlbedici fotolarla verilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun məqaləsində ölkənin işğaldan azad olunmuş ərazilərində mina problemindən və bu problemin həmin torpaqların bərpası və vətəndaşların qayıtması üçün törətdiyi çətinliklərdən söhbət açılır.

Bundan əlavə, Azərbaycanın yeganə ərəbdilli jurnalı olan “İRS-Turas”ın bu sayında İrəvan quberniyası haqqında Ziyad Əmrahovun, N.Tusi haqqında Ramiz Duyğunun, miniatür sənəti haqqında Solmaz Namazovanın məqalələri ərəb oxucularına Azərbaycanın zəngi