- Dil, Maraqlı

“@” işarəsi

Komoüter və İnternet istifadə edən hər kəs “@” işarəsini bir şəkildə istifadə edir.

İngiliscə “at” (-da/-də şəkilçisi) funksiyasında işlədilən bu müəmmalı işarə bir vaxtlar yalnız hesabdarlara məlum idi. Onun mahiyyətini email-i kəşf etmiş şəxs kimi qəbul edilən Ray Tomlinson dəyişdirib.
O, 1971-ci ildə öz ofisindəki iki kompüter arasında ilk mesajını göndərəndə bu işarəni adresatla ünvanın arasında işlətmişdi. Tomlinson @ işarəsini ona görə seçmişdi ki, ondan kompüter işində çox nadir hallarda istifadə olunurdu və onu erkən proqram və ya əməliyyat sistemləri ilə qarışdırmaq çətin idi. Xoşbəxtlikdən işarənin ingiliscə artıq “at” şəklində deyiliş forması da vardı.

“@” işarəsini koreyalılar “ilbiz”, ruslar, ukraynalılar, moldavanlar “sobaçka” (balaca it), , türklər “qızılgül”, finlandiyalılar “yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası” və s. kimi adlandırırlar. Çində “@” heroqlifi həm də “ay ta” kimi oxunur və mənası “onu sev” deməkdir.

portal.azertag.az