- Cəmiyyət

İspaniya kuboku: “Barselona” “Real”ı məğlub edib

“Real Madrid” və “Barselona” arasında İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyunu başa çatıb.

“Report” xəbər verir ki, Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 26-cı dəqiqədə “Real Madrid”in müdafiəçisi Eder Militao topu öz qapısına göndərib.

Komandalar arasında cavab oyunu aprelin 5-də Barselonadakı “Kamp Nou” stadionunda keçiriləcək.