- Cəmiyyət

İspaniya Ukraynaya zenit müdafiə batareyası göndərəcək

İspaniya Ukraynaya zenit müdafiə batareyası göndərəcək.

“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, müdafiə naziri Marqarita Robles ukraynalı həmkarı Rustem Umerovla danışıqlar aparıb və təlim keçən ukraynalı əsgərlərin sayının 5 minə çatdığını nəzərə alaraq hərbçilərin hazırlanmasında mühüm irəliləyiş olduğunu vurğulayıb.

O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə imkanlarını artırmaq üçün “Hawk” zenit batareyasının və bunun üçün lazım olan bütün materialların göndəriləcəyini vəd edib.