İspaniya və Danimarka baş nazirləri Pedro Sançezlə Mette Frederiksen Kiyev şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, danışıqlar zamanı hökumət başçıları Ukraynaya daha çox silah göndərməyi vəd ediblər.
P.Sançez jurnalistlərlə söhbətində Ukraynaya əvvəlki yardımlara nisbətən artıq 200 ton hərbi ləvazimat və təchizat göndərəcəklərini bildirib.
M.Frederiksen də Ukraynaya silah yardımını 600 milyon Danimarka kronu (87,6 milyon dollar) artıraraq bütövlüklə 1 milyard krona çatdıracaqlarını qeyd edib: “Biz Ukraynaya onların daha çox ehtiyac duyduqları silahlar çatdırmaq niyyətindəyik”.