İsrail aviasiyası Livanın cənubuna silsilə zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Hədəfi “Hizbullah” hərəkatının silahlı birləşmələrinin istifadə etdiyi hərbi obyektlər olub.
Mətbuat xidmətinin məlumatına görə, zərbələr Livanın cənubundakı Ayt əş-Şaab və Marun əl-Ras yaşayış məntəqələri yaxınlığınDa endirilib.