- Cəmiyyət

İsrail “Hizbullah”ın hədəflərinə zərbələr endirib

İsrail ordusunun hərbi hava qüvvələri Livanın cənubunda “Hizbullah”ın bir neçə hədəfinə zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında Livanın cənubundakı bir sıra “Hizbullah” hədəflərinə, o cümlədən Kfarkeldəki hərbi struktura, Bint-Cebyl və Yarin rayonlarında infrastruktura zərbələr endirilib.