- Cəmiyyət, Manşet

İsrail Hizbullahın hərbi infrastrukturuna növbəti cavab zərbələri endirib

İsrail Müdafiə Qüvvələri Hizbullahın hərbi obyektlərinə qırıcı və helikopterlərlə növbəti cavab zərbələri endirib.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Zərbələr Hizbullah terrorçularının fəaliyyət göstərdiyi infrastruktura, obyektlərə, əməliyyat komandanlıq mərkəzlərinə və hərbi məntəqələrə endirilib”, – İsrail ordusunun teleqram kanalında deyilir.

Ordunun məlumatına görə, ötən gün Hizbullah Livandan Har Dov dağı ərazisində İsrailin bir postuna zərbələr endirib. İsrail ordusunun rəsmiləri bildiriblər ki, hücum zamanı heç kim xəsarət almayıb.