İsrail ordusu Livanda “Amal” hərəkatının infrastrukturuna qarşı hava hücumunu təsdiqləyib.
“Report”un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.
İsrailin qırıcı təyyarələri yaxın vaxtlarda yəhudi dövlətinin ərazisinə hücum etməyi planlaşdıran təşkilatın hərbi kompleksinə zərbələr endirib.
Ordudan bildirilib ki, obyekt Livanın cənubundakı Mərcayun şəhəri yaxınlığında yerləşib və hücum zamanı radikallar orada olub. Hərbçilərin məlumatına görə, hərəkatın silahlı tərəfdarları 2023-cü ilin oktyabrında İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatdan sonra Livan-İsrail sərhədində başlayan eskalasiyada iştirak edir. “Müharibə boyu “Amal” hərəkatı İsrail dövlətinə qarşı fəaliyyət göstərib və son günlər ölkənin ərazisinə qarşı növbəti hücumu planlaşdırıb”, – bəyanatda deyilir.