- Cəmiyyət

İsrail Moskva və Kiyev arasında vasitəçi olmağa hazırdır

“Tərəflər arzu edərsə, İsrail Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi kimi çıxış etməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu İsrailin Kiyevdəki səfiri Mixail Brodski bəyan edib.

Diplomat qeyd edib ki, bu barədə daha əvvəl baş nazir Benyamin Netanyahu danışıb:

“Bizim vasitəçi olmağımıza və iştirakımıza ehtiyac varsa, biz həmişə hazırıq”.