- Cəmiyyət

İsrail ordusu Yəməndəki husi qiyamçılarına xəbərdarlıq edib

İsrail Müdafiə Ordusu Yəməndəki husi qiyamçılarına xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, cavab vermək üçün ən uyğun yer və vaxt seçiləcək.

Xatırladaq ki, dünən Yəməndəki husi qiyamçıları İsrailə PUA ilə hücum edib. Daha sonra Yəmənin İsrailə müharibə elan etməsi barədə məlumat yayılsa da, bu, rəsmi şəkildə təsdiqini tapmayıb.