“İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyat yaxın iki ay ərzində başa çata bilər”.
“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.
“Biz terrorçu HƏMAS-ın döyüş batalyonlarının dörddə üçünü məhv etdik. Döyüşlərdə isə sona yaxınlaşırıq və bu iki aydan çox çəkməyəcək. Bəlkə altı həftə, bəlkə də dörd”, – baş nazir “Politico”ya müsahibəsində deyib.