İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında yerləşən Beyt-Hanun şəhəri ərazisində yerüstü əməliyyata başlayıb.
APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Əməliyyatın məqsədi və gedişi:
- Əsas məqsəd: HAMAS-a məxsus terror obyektlərini hədəf alaraq, Qəzzanın şimalında təhlükəsizlik zonasını genişləndirmək.
- Hava hücumları: Əməliyyat zamanı İsrail qırıcıları bölgədəki bir neçə HAMAS obyektinə zərbələr endirib.
- Mülki əhalinin təxliyəsi: İsrail Müdafiə Qüvvələri, təhlükəsizlik məqsədilə mülki şəxslərin döyüş bölgəsindən təxliyəsinə imkan yaradır.