APA-nın İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə onun mətbuat katibi bildirib.
O, Baş nazirin hazırda Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirdiyini, Ukrayna məsələsinin müzakirə olunduğunu deyib.
Xatırladaq ki, daha əvvəl İsrail Ukrayna və Rusiya arasında danışıqlara vasitəçi olmağa hazır olduğunu ifadə etmişdi.
İsrailin Baş naziri ilə Rusiya Prezidenti arasında danışıqlar iki saat yarım davam edib. İsrail Baş nazirin ofisi bildirib ki, səfərlə bağlı Ağ Ev əvvəlcədən məlumatlandırılıb.