İsrailin Baş naziri Naftali Bennet Ukrayna Prezidenti Vladimir Zelenski ilə bir gündə üçüncü dəfə danışıqlar aparıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bennet Rusiya və Ukrayna prezidentləri arasında vasitəçiliyə davam edəcəyini deyib
Bundan əvvəl Bennet Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. “Jerusalem Post”un məlumatına görə, dövlət başçıları arasında danışıqlar təxminən üç saat davam edib və əsas diqqət Ukraynadakı vəziyyətə yönəlib.