- Cəmiyyət

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 63 fələstinli həlak olub

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 63 fələstinli həlak olub.

APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanal bildirib ki, İsrailin Qəzza zolağına bir həftədir davam edən hərbi mühasirəsini gücləndirməsi nəticəsində oktyabrın 10-dan bəri 63 fələstinli həlak olub.

Məlumatda həmçinin qeyd olunub ki, İsrailin 2023-cü il oktyabrın 7-dən Fələstinə hərbi təcavüzü nəticəsində 42 065 nəfər ölüb, 97 886 nəfər yaralanıb.